İQTİSADİYYAT

Neft ilin ortasında 40 dollar ola bilər - OPEC

Əlcəzairin energetika naziri bildirib ki, may və iyun aylarında neftin qiyməti orta hesabla 35 dollara qədər artacaq
Sputnik

BAKI, 26 aprel – Sputnik. OPEC bu ilin ortasında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir.

Sputnik Azərbaycan-ın məlumata görə, bunu Əlcəzairin energetika naziri, OPEC konfransının prezidenti Məhmməd Abkar deyib.

M.Abkar bildirib: "Təşkilat (OPEC - red.) bu ilin ikinci yarısında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir. May və iyun aylarında neftin qiyməti orta hesabla 35 dollara qədər artacaq".

Nazir əlavə edib ki, bu tendensiya "neft hasilatının azaldılması ilə bağlı razılaşmanın (OPEC+ - red.) həyata keçirilməsi" ilə əlaqədar olacaq.