HADİSƏ

Kürdəmirdə dəhşətli ölüm: Sürücü maşının içində yandı

Avtomobilin sürücüsünün meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib
Sputnik

BAKI, 26 aprel – Sputnik. Kürdəmir rayonunun Xırdapay kəndində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı avtomobilin sürücüsünün (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.