Ekspert onlayn imtahan modelinin tətbiqi imkanlarını şərh edir

Təhsil eksperti Kamran Əsədov deyir ki, koronavirusun yayılma ehtimallarına görə, alternativ imtahan modelləri nəzərdən keçirilir
Sputnik

“Onlayn imtahan keçirmək üçün DİM hazırdır. Lakin təhlükəsizliyi izləmək çox ciddi məsələdir və bunu təmin etmək üçün böyük maddi resurs lazımdır”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, bütün hallarda qəbul və buraxılış imtahanları hansı formada olsa da başa çatmalıdır:

“Biz artıq yeni imtahan modelinə keçməyə məcburuq. Koronavirusun yayılma ehtimallarına görə, alternativ imtahan modelləri nəzərdən keçirilir. Hər kəsi düşündürən məsələlərdən biri də təhlükəsizliyin təmin olunmasıdır. Bir neçə proqram təminatının tətbiqi ilə ölkəmizdə onlayn imtahanların keçirilməsi mümkündür”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz