FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ramazanın ilk günü Qazaxda

Sputnik

Bu il Ramazan ayı bütün dünya üçün çətin bir dövrə təsadüf edib. Hazırda yeni növ koronavirus dünyada yayılmaqdadır və o səbəbdən bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda karantin rejimi tətbiq olunub. 

O da məlumdur ki, koronavirus daha çox immuniteti zəif olanlara təsir edir. Ancaq çətinliklərə rəğmən, xeyli insan ibadətindən çəkinmir, bunu da Allah qarşısında bir sınaq hesab edir. 

Sputnik Azərbaycan Ramazanın ilk günü Qazaxda yaşayan bir ailənin qonağı oldu. Onların ibadətinə şahidlik etdi. 

Lentə aldığımız görüntüləri Sputnik Azərbaycan-ın fotolentində sizinlə bölüşürük. 

Ramazan ayının başlanması münasibətilə inanclı oxucularımızı təbrik edirik! Allah orucunuzu, ibadətinizi qəbul etsin! 

1 / 13
Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır
2 / 13
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur
3 / 13
Məsciddə ibadət edən şəxs
4 / 13
Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir
5 / 13
Namaz edən şəxs
6 / 13
Müsəlmanlar Ramazan ayı boyunca oruc tuturlar. Onlar günəş çıxandan batana qədər qida və içki qəbul etmirlər.
7 / 13
Namaz edən şəxs
8 / 13
Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz
9 / 13
Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb
10 / 13
Kosalar kənd sakini İlqar Mustafayev ailəsi ilə birgə orucluğun ilk duasını edir
11 / 13
Ramazan süfrəsi
12 / 13
Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir
13 / 13
Orucluq Ramazan ayında təzə Ay çıxandan başlayır və 29-30 sutka davam edir