Əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 22, Sarıbaşda (Qax) 20, Qrızda 11, Gədəbəydə 7, Kişçayda (Şəki) 4, Ağdərədə (Ordubad) 3, Göygöldə 2, Şahdağ, Xınalıqda 1 sm-ə çatıb. 
Sputnik

BAKI, 25 aprel — Sputnik. Aprelin 25-i gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Astarada 15, Şərurda 11, Şahbuzda 10, Daşkəsən, Sədərəkdə 8, Lerikdə 7, Gədəbəy, Qəbələ, İsmayıllı, Şəki, Göygöl, Mingəçevir, Ağdərədə (Ordubad) 6, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Lənkəran, Yardımlı, Sarıbaş (Qax), Naxçıvanda 5, Tərtər, Yevlax, Kişçay (Şəki), Göytəpə, Ceyrançöldə 4, Tovuz, Bərdə, Göyçay, Beyləqan, Şəmkirdə 3, Gəncə, Şamaxı, Zərdab, Salyan, Biləsuvar, Xınalıq, Şahdağ, Naftalanda 2, Mərəzə, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçalada 1 mm olub.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 22, Sarıbaşda (Qax) 20, Qrızda 11, Gədəbəydə 7, Kişçayda (Şəki) 4, Ağdərədə (Ordubad) 3, Göygöldə 2, Şahdağ, Xınalıqda 1 sm-ə çatıb. 

Havanın temperaturu iqlim normasından 1-5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-3, Naxçıvan MR-da 8-14 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 1-3 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.