BAKI, 25 aprel - Sputnik. "Sahibkarlara əlavə dəstək tədbirlərinə ehtiyac olduğu halda bu istiqamətdə müvafiq tətillər həyata keçiriləcək".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında OPerativ Qərargahın brifinqində İqdisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, pandemiya səbəbindən Azərbaycan iqtisadiyyatı üçün gündəlik itkilərin məbləği 120-150 milyon manat dəyərində qiymətləndirilə bilər: "Azərbaycan Respublikasının ehtiyyatları, maliyyə resursları, İqdisadi dayanıqlılıq imkan verir ki, bu və digər mövcud qərarlarda olduğu kimi, bu məsələdə də ölkə vətəndaşlarının sağlamlığı əsas götürülsün".