Üç yüz tibb işçisinin COVID-19-a yoluxması ilə bağlı daha bir açıqlama

Sosial şəbəkələrdə 300 tibb işçisinin COVID-19-a yoluxmasının həkim çatışmazlığı yaradacağı barədə məlumatlar yayılır. 
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında səhiyyə nazirinin müavini Viktor Qasımov 300-ə yaxı tibb işçisinin koronavirusun yeni yayılmış növü olan COVID-19-a yoluxması barədə məlumat verib.

Sosial şəbəkələrdə 300 tibb işçisinin COVID-19-a yoluxmasının həkim çatışmazlığı yaradacağı barədə məlumatlar yayılır. Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, onların çoxu kiçik tibb işçiləridir:

"300 tibb işçisinin hamısı həkim deyil.  Onların mütləq əksəriyyəti kiçik tibb işçiləridir. Hansı ki, onların çoxu bu virusa iş yerlərində yoluxmayıblar. Artıq həmin tibb işçilərinin 65 faizi sağalıb".