Tramp yenə “erməni soyqırımı” demədi

ABŞ prezidenti Türkiyə ilə qarşıdurmaya getməkdən imtina edərək, “Böyük Fəlakət” mənasına gələn “Meds Yegern” ifadəsini işlətdi
Sputnik

BAKI, 24 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp 1915-ci ildə Osmanlıda baş verən hadisələri bu il də “soyqırımı” deyil, “Böyük Fəlakət” adlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yer alıb.

Bildirilib ki, D.Tramp ermənicə “Böyük Fəlakət” mənasına gələn “Meds Yegern” ifadəsini işlədib.

Qeyd edək ki, ermənilər uzun illərdir ABŞ prezidentlərinin “erməni soyqırımı” ifadəsi işlətməsinə nail olmağa çalışırlar. Lakin hələ heç bir ABŞ prezidenti bu ifadəni işlətməyib.