CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Koronavirus bitməyəcək və ən azı bir il bizlə birgə olacaq" - ÜST rəsmisi

"Hər bir yoluxma halının dərhal aşkarlanması, izolyasiya, karantin tədbirlərinin görülməsi, şübhəli halların test olunması, hər xəstəyə qayğı göstərilməsi, kontakt hallarının izlənməsi mühüm addımlardan biridir " - Hande Harmancı
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. "Türkiyədən gəlmiş həkimlər Bakıda işlərini yekunlaşdırıb bölgələrə yola düşəcəklər. Bu həkimlər ixtisaslarına görə təlimlər də həyata keçirəcəklər. Layihə iyunun sonlarınadək davam edəcək və 16 xəstəxananı əhatə edəcək. Mayın 4-12 tarixlərində həkimlər Gəncə-Goranboy, Şəmkir və Ağdaşda olacaq".

Sevinməyin: Xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün Bakı ofisinin rəhbəri Hande Harmancı jurnalistlərlə təşkil olunan virtual konfransda deyib.

O, həmçinin virusun nə qədər davam edəcəyi ilə bağlı sualları da cavablandırıb: "Virus Günəş işıqlarında aktivliyini itirir. Amma hələlik bununla bağlı heç bir məlumat yoxdur. Çünki hələ isti olan ölkələrdə xəstəlik var. Lakin müəyyən qədər də olsa rəqəmlərdə azalma ola bilər. Lakin isti aylarda da virusun arta biləcəyi ilə bağlı düşüncə var. Bu səbəbdən də bu il koronavirus bitməyəcək və ən azı bir il bizlə birgə olacaq".

H.Harmancı eyni zamanda rəqəmlərin azalmasına təsir edən amilləri də sadalayıb: "Hər bir yoluxma halının dərhal aşkarlanması, izolyasiya, karantin tədbirlərinin görülməsi, şübhəli halların test olunması, hər xəstəyə qayğı göstərilməsi, kontakt hallarının izlənməsi mühüm addımlardan biridir. Eyni zamanda da virusla mübarizəyə əhali də cəlb olunmalıdır. Çünki bu virusa qarşı mübarizə əhalinin hamısının iştirakı olmadan mümkün deyil".