BAKI, 24 aprel — Sputnik. "Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər".
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
O bildirib ki, həftənin istirahət günlərində bu şəxslər evdə oturmalıdırlar: "Harasa çıxmaq istəsələr, 8103-ə uyğun mesaj göndərməlidirlər".