Gürcüstanda koronavirusdan 114 nəfər sağaldı

Gürcüstan hökuməti Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb
Sputnik

BAKI, 24 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 431-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha 11 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 114-ü sağalıb, 5-i ölüb. Hazırda bu ölkədə 5126 nəfər karantində, 578 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Gürcüstan hökuməti Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

"Aprelin 15-i saat 21:00-dan etibarən ölkənin dörd böyük şəhərində - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş-çıxış 10 gün müddətinə bağlanır", - deyə Qaxariya qeyd edib. Bundan əlavə, aprelin 17-dən ölkədə şəxsi minik avtomobillərinin hərəkəti tam dayandırılıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 martdan qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər komendant saatı tətbiq olunub.