ABŞ Rusiya və Çinə qarşı nüvə strategiyasını açıqladı

Energetika Nazirliyi Moskva və Pekinə "bir sıra Şərqi Avropa və Afrika dövlətləri" ilə möhkəm münasibətlər yaratmağa mane olmağı da təklif edir
Sputnik

BAKI, 24 aprel — Sputnik. ABŞ Rusiya və Çini nüvə texnologiyaları bazarlarından sıxışdırıb çıxarmalı və bu sahədə dünya lideri olmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Energetika Nazirliyinin strategiyasında deyilir. 

"Son nəticədə, ABŞ hökuməti hazırda Rusiya və Çinin dövlət şirkətlərinin üstünlük təşkil etdiyi bazarlara çıxacaq, nüvə energetikası sahəsində ən yaxşı texnologiyaların ixracında və eyni zamanda nüvə silahlarının yayılmamasının sərt standartları sahəsində dünya lideri kimi mövqeyimizi bərpa edəcək", – Prezident Donald Trampa təqdim edilmiş sənəddə bildirilir.

O cümlədən, Energetika Nazirliyi Moskva və Pekinə "bir sıra Şərqi Avropa və Afrika dövlətləri" ilə möhkəm münasibətlər yaratmağa mane olmağı təklif edir.

Bundan başqa, strategiyanın müəllifləri ABŞ-ın Nüvə Tənzimlənməsi üzrə Komissiyasına "milli təhlükəsizliyin təmin edilməsi məqsədilə Rusiya və Çində istehsal edilən nüvə yanacağının idxalından imtina etmək" səlahiyyətini də vermək istəyirlər.