İQTİSADİYYAT

Nazirlik rəsmisi vergi güzəştləri tətbiq olunacaq sahələri açıqladı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyir ki, qanun bötüvlükdə pandemiyadan zərər çəkən bir sıra fəaliyyət sahələrinə genişhəcmli təşviqləri ehtiva edir
Sputnik

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Tədbirlər Planı çərçivəsində ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi ilə bağlı addımlar atılırr. Bu məqsədlə Vergi Məcəlləsində və bir sıra qanunvericilik aktlarında dəyişikliklərlə bağlı təklifər hazırlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva həmin təkliflər barədə şərh verib.

“Dəyişikliklər sahibkarlıq subyektləri, biznes icmaları və aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınıb və müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun bötüvlükdə pandemiyadan zərər çəkən bir sıra fəaliyyət sahələrinə genişhəcmli təşviqləri ehtiva edir. Qanun layihəsində pendemiyadan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün vergidən tam azadolma, mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt nəzərdə tutulur” – deyə Samirə Musayeva bildirib.

Samirə Musayevanın şərhinə audiofaylda qulaq asa bilərsiniz