CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“BakuBus”da başa çatdı, növbədə özəl avtobuslardır

Rəvanə Əliyeva bildirib ki, avtobus sürücüləri arasında COVID-19 testi kütləvi şəkildə aparılır. Heç bir avtobus sürücüsü bu prosesdən kənarda qalmayacaq.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. "BakuBus" avtobuslarında sürücülərin koronavirusun yeni yayılmış növü olan COVID-19-a görə test olunması artıq başa çatıb. Hazırda bu prosesə özəl daşıyıcılarda çalışan avtobus sürücüləri cəlb olunur". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O deyib ki, avtobus sürücüləri arasında COVID-19 testi kütləvi şəkildə aparılır. Heç bir avtobus sürücüsü bu prosesdən kənarda qalmayacaq. R.Əliyeva hazırda iş başında olan sürücülərin testdən keçirilməsi prosesinə də aydınlıq gətirib. O bildirib ki, COVID-19 testi sürücülərin iş qrafikinə uyğun keçirilir.

Qeyd edək ki, hazırda həkimlər də risk qrupuna daxil olduqları üçün koronavirusa görə testdən keçirilir. Bu siyahıya artıq avtobus sürücüləri də daxil edilib.