SƏHİYYƏ

ABŞ-da koronavirusun daha ağır dalğasını proqnozlaşdırırlar

Həkim qeyd edib ki, iki respirator xəstəliyin eyni vaxtda yayılması səhiyyə sisteminin “inanılmaz yük” altında olmasına səbəb olacaq
Sputnik

BAKI, 23 aprel - Sputnik. ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin rəhbəri Robert Redfild Washington Post-a bildirib ki, ABŞ-da növbəti qışda olacaq koronavirusun ikinci dalğası indikindən pis ola bilər, çünki qrip epidemiyası ilə üst-üstə düşəcək.

"Ehtimal var ki, virusun gələn qış ölkəmizə hücumu hazırkı hücumdan mürəkkəb olacaq… Həmin vaxt qrip və koronavirus epidemiyaları vaxt baxımından üst-üstə düşəcək", - Redfild bəyan edib.

O qeyd edib ki, iki respirator xəstəliyin eyni vaxtda yayılması səhiyyə sisteminin “inanılmaz yük” altında olmasına səbəb olacaq.