BAKI, 23 aprel — Sputnik. UEFA 2021-ci ildə İngiltərədə keçirilməsi planlaşdırılan qadınlar arasında Avropa çempionatını təxirə salıb.
Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərarı bu gün qurumun İcraiyyə Komitəsi qəbul edib.
Qərara əsasən, AVRO-2021 2022-ci il 6 - 31 iyulda baş tutacaq.