CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəlləşməyə getmişdilər, polis bölməsinə gəlib çıxdılar - VİDEO

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.
Sputnik

BAKI, 22 aprel — Sputnik. Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən gözəllik salonu aşkar edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi, paytaxt sakini Rüfət Yusupov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.