RUSİYA

Rusiyada koronvirusa qarşı anticismin tapılması üçün kütləvi test keçiriləcək

Koronavirusa qarşı anticismi müəyyən edən sistemin hazırlandığı barədə aprelin 18-də məlumat verilib.
Sputnik

BAKI, 22 aprel – Sputnik. Rusiyada koronavirusa qarşı anticisim kütləvi surətdə sınaqdan keçiriləcək. Bu ölkənin özəl laboratoriyaları artıq mayda bütün könüllülərə analiz verməyi təklif edəcəklər.

Qeyd olunur ki, bir çox özəl şirkətlər öz testlərini hazırlamırlar, lakin onların istehsalı üçün avadanlıq təklif edirlər. Koronavirusun anticisminin testini bir neçə Rusiya şirkəti və laboratoriyası da yaradır. Alimlər həmçinin bu anticismin müəyyənləşməsi üçün ekspress-sistem hazırlayırlar. Bu sistem 10-15 dəqiqəyə qanda anticismin olub-olmadığını müəyyən edəcək.

Koronavirusa qarşı anticismi müəyyən edən sistemin hazırlandığı barədə aprelin 18-də məlumat verilib. Yeni sistemin köməyilə həmçinin qanlarında anticismin konsentrasiyasının çox olduğu insanlar müəyyən ediləcək. Onların plazması ağır xəstələrin müalicəsində istifadə edilə bilər.

Hazırda sistemin rəsmi qeydiyyatı işləri aparılır.