CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa yoluxma bu yolla azalacaq - DÜSTUR da var

Alınmış nəticələr hazırda ölkədə tətbiq olunan karantin rejiminin və digər mübarizə şərtlərinin öz müsbət təsirini göstərməklə yanaşı, epidemioloji vəziyyətin tam nəzarət altında saxlandığını sübut edib.
Sputnik

BAKI, 22 aprel — Sputnik. Azərbaycanda koronavirusa yoluxma azalacaq. Azərbaycan ərazisində COVID-19 virusuna yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı Azərbaycan Tibb Universitetində tədqiqat aparılıb. ATU-nun Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent Şahin Bayramov tədqiqatların nəticələrinə əsasən, yoluxma dinamikasının riyazi modelini qurub. ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ş.Bayramov bildirib ki, tədqiqatda ölkəmizdə epidemiyaya qarşı mübarizə sxeminə əsaslanan riyazi modelləşdirmə metodundan istifadə edilib. 1-ci qrafikdə təqdim olunan bu model ölkəmizdə koronavirus epidemiyasının dinamikasını proqnozlaşdırmağa imkan verir.

Azərbaycanda koronavirusa yoluxma bu yolla azalacaq - DÜSTUR da var

Alınmış nəticələr hazırda ölkədə tətbiq olunan karantin rejiminin və digər mübarizə şərtlərinin öz müsbət təsirini göstərməklə yanaşı, epidemioloji vəziyyətin tam nəzarət altında saxlandığını sübut edib. Qurulmuş riyazi modelə əsasən müəyyən edilib ki, mövcud karantin rejiminin davam etdiyi halda, çox yaxın gələcəkdə, koronavirusa yoluxanların sayının azalması müşahidə ediləcək. Bunu 2-ci qrafikdə göstərilən nəticələrdən görmək mümkündür.

Azərbaycanda koronavirusa yoluxma bu yolla azalacaq - DÜSTUR da var