İQTİSADİYYAT

Azərbaycanda rəqəmsal texnologiyanın inkişafına nə mane olur- IT mütəxəssisi danışır

İT mütəxəssisi Vahid Qasımov deyir ki, ölkədə internet sürətinin qənaətbəxş olmaması bir sıra problemlərə səbəb olur və fəaliyyət sahələrinə maneələr yaradır
Sputnik

“Hazırda ölkəmizin rəqəmsal texnologiya sahəsindəki problemlər özəl sektor və vətəndaşların şəxsi təşəbbüsləri ilə həll edilə bilməz”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İT mütəxəssisi Vahid Qasımov deyib.

Mütəxəssis bildirib ki, problemlərin həlli üçün iki istiqamətdə işlər görülməlidir:

“Bunlardan birincisi hüquqi müstəvidir. Rəqəmsal dünya xüsusi qanunvericiliyin yaradılmasını zəruri edir. Onlayn xidmətlərin sahəsinin genişlənməsi üçün güclü hüquqi baza tələb olunur. Bununla bizim iqtisadiyyatımız da inkişaf edə bilər. Digər problemli məqam internetin sürəti ilə bağlıdır. Ölkədə internet sürətinin qənaətbəxş olmaması bir sıra problemlərə səbəb olur və fəaliyyət sahələrinə maneələr yaradır. Bu infrastruktur problemi ya dövlət tərəfindən həll edilməlidir, ya da özəl sektorun bunu həll etməsi üçün şərait yaradılmalıdır”.

Vahid Qasımovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz