BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan "Sumaks Technologies" şirkəti tərəfindən ilkin olaraq 2000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb.
"ASAN Xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, növbəti mərhələdə hazırlanacaq maskalar digər dövlət qurumlarının əməkdaşlarına veriləcək, eləcədə də vətəndaşlarımızın alışı üçün açıq satışa təqdim olunması planşaldırılır: "Bundan başqa, "Sumaks Technologies" şirkəti iki fərqli süni nəfəs aparatı üzərində çalışır. Bu aparatlar artıq ilkin prototip səviyyəsinə çatdırılıb, artıq test mərhələsindədir. İnnoland"-in digər rezidenti olan elektron maska da artıq sınaq mərhələsindədir".