CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmtahana hazırlaşanlar DİM-in video dərslərindən də yararlana bilərlər

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi "videodərs"lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır.
Sputnik

 

BAKI, 21 aprel — Sputnik. Şagirdlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq və mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşayiət olunur. Hər bir dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə bərabər bu videodərslərdən də öyrənə bilərlər.

Qeyd edək ki, xüsusi karantin rejimi müddətində müxtəlif fənlərdən 200-ə yaxın yeni dərs portala yerləşdirilib. Demək olar ki, hər gün yeni dərslər portala əlavə edilir. Videodərslər ödənişsizdir. Son 1 ay ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 198 mindən artıq olub.

Müvafiq keçidlərdən istifadə edib Azərbaycan dili, ingilis dili, riyaziyyat fənni üzrə V sinfə, ingilis dili, fizika, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix, riyaziyyat fənni üzrə VI sinfə, ingilis dili, biologiya, kimya, coğrafiya, ümumi tarix üzrə VII sinfə aid materiallar əsasında hazırlanmış "vizaullaşdırılmış dərs"lərə baxa bilərsiniz.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi "videodərs"lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır. Şagirdlər, eləcə də valideynlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq, mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.