CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biznes karantində: Azərbaycan mehmanxanaları koronavirus dövründə

Koronavirus pandemiyasına qarşı görülən tədbirlər çərçivəsində Azərbaycan mehmanxanaları olduqca çətin vəziyyətdə qalıb – turist və qonaqlar heç yoxdur. Bu şəraitdə rayonun otellərinin necə işlədiyini videomuzda izləyin.
Sputnik

Azərbaycan mehmanxanaları qonaqlarla işə uzun pauza verməli olub və onlar bu vaxtı öz daxili islahatları üçün istifadə edirlər. Qəbələdə yerləşən lüks mehmanxanalardan biri olan Qafqaz Tufandağ Oteli də açıldığı gündən ilk dəfə səssizliyə qərq olub.

Otelin baş meneceri Ramin Qurbanov bildirib ki, ölkədə karantin rejiminin elan edilməsi və bütün spa və fitnes mərkəzlərinin bağlanması ilə mehmanxananın administrasiyası yenilik işlərinə start verib və artıq bazara yenilənmiş formatda çıxmağa ümid edir.

Koronavirus həyatları dəyişir: burada isə ondan qorxan yoxdur
“Karantin rejimi bitdikdən sonra belə insanlar səyahət etməkdən çəkinəcəklər. Biz isə daha çox yerli qonaqların gəlməsini gözləyəcəyik və xidmətlərimizin təkmilləşdirilməsi üzərində çalışırıq. Bu müddətdən səmərəli istifadə etməyə can atırıq”, - deyə Qurbanov bizimlə bölüşüb.

Vəziyyəti çətinləşdirən daha bir aspekt isə pandemiyanın dünyada daha nə qədər sürəcəyini və karantin dövrünün bitməsindən sonra belə qonaq axınının nə vaxt bərpa olacağını heç kim bilmir. Hətta karantin dövründən sonra belə qonaqlar bir müddət səyahət etməkdən çəkinəcəklər.

Əyləncə sənayesinə də böyük zərbə dəyib. Azərbaycanda özünütəcrid rejimindən öncə belə ictimai yerlərdə toplaşmaq və kütləvi tədbirlər ləğv olunmuşdu. Bunun altını isə daha çox sərgi və konsert təşkilatçıları, teatrlar və şadlıq sarayları çəkib.

Qeyd edək ki, Azərbaycan dövləti ölkəyə gələn həmvətənlərimizi ölkədə COVID-19 infeksiyasının qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində Bakı və rayonlarda olan otellərdə yerləşdirib.