CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gizli "Mall" da olurmuş - Binəqədidə fəaliyyət göstərən ticarət obyekti tapıldı

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi Q.Alıyev və digər şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.
Sputnik

BAKI, 21 aprel — Sputnik. Binəqədidə gizli şəkildə fəaliyyət göstərək "Mall" aşkar edilib, obyektin sahibi, işçilər və müştərilər inzibati qaydada cəzalandırılıblar. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbir zamanı "28 May" qəsəbəsi ərazisində yerləşən, paytaxt sakini Qüdrət Alıyevə məxsus "İstanbul Mall" geyim mağazasının gizli şəkildə işlədiyi məlum olub. Obyektə baxış zamanı mağazanın sahib, orada olan müştərilər və işçilər, ümumilikdə 8 nəfər müəyyən edilərək bölməyə gətirilib.