BAKI, 21 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 0,85 dollar ucuzlaşaraq 21,30 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti geriləyərək 19.62 dollar, "Light" markalı neftin qiyməti isə mənfi diapazondan çıxaraq 1,60 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-ın "Light" markalı neftinin qiyməti dünən tarixdə ilk dəfə olaraq mənfi qiymətə enib.
Azərbaycan neftinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.