BAKI, 21 aprel — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. Suriya Ərəb Respublikasının ərazisində döyüş şəraitində T-14 "Armata" tankının yoxlanılması qurğunun gələcək təkmilləşməsindən, Moskvanın beynəlxalq bazarda Rusiya silah texnologiyalarının üstünlüyünü möhkəmlətmək istəyindən xəbər verir.
T-14 "Armata" yeni tankının uzunmüddətli sınaqları real döyüş şəraitində başa çatdırılır. Bu, özündə ən qabaqcıl texnologiyanı, unikal rəqəmsal və proqram həllərini birləşdirən, RF Müdafiə Nazirliyinin xüsusi tələblərini ehtiva edən əsas döyüş tankının formalaşmasının optimal yoludur. Rusiyanın "Armata" tankının Suriyada döyüş sınağından çıxması və 2021-ci ildə maşının qoşuna tədarükünün başlanacağı barədə aprelin 19-da Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov məlumat verib.
Sensasion məlumat xarici kütləvi informasiya vasitələrində çox böyük rezonansa səbəb olub.
"Armata"ya xüsusi diqqət ayırmaq lazımdır. Bu, kimsəsiz qülləsi və heyət üçün zirehli kapsulu olan dünyada yeganə üçüncü nəsil tankdır. O, ABŞ-ın "Abrams", Fransanın "Leclerc" və almanların "Leopard 2"si daxil olmaqla dünyadakı bütün ən yaxşı zirehli texnika nümunələrini keçir. Rusiya tankı 2019-cu ildə ən inkişaf etmiş ölkələrin 12 maşını arasında ən yaxşı seçilib.
Əslində, "Armata"nın dünyada birbaşa rəqibi və ya analoqu yoxdur. Tank modul prinsipi üzrə istehsal edilib, heyət, silah komplekti və yanacaq ayrıca yerləşdirilib, silahları məsafədən idarə olunur. Modernləşmə və robotlaşma üçün qeyri-məhdud imkanlara malikdir.
Döyüş xüsusiyyətləri
Mütəxəssislər "Armata"nı mümkün rəqibin tanklarından 25-30% effektiv maşın hesab edirlər. Heyət (üç nəfər) tankın korpusundakı zirehli kapsulun daxilindən, məsafədən 15 millimetrlik 2A82 topunu idarə edir. Bu heyətə qülləyə müasir və perspektivə də olacaq tank əleyhinə raketlərin və mərmilərin dəyməsindən və döyüş komplektinin (müxtəlif təyinatlı 40 mərmi ayrıca yerləşdirilib) yanmasından sonra sağ qalmağa imkan verir. Dünya tank sənayesində tamamilə yeni həll.
125 millimetrlik top atəş gücünə görə bütün mövcud tank silahlarından üstündür ("Leopard-2A6"nın 120 millmetrlik sistemi də daxil olmaqla) və dəqiqədə 12 dəfə atəş bilir. "Armata"nın optikası gündüz 5 km, gecə isə 3,5 km məsafədəki hədəfi aşkar etməyə imkan verir. Silah və tank pulemyotları hərəkətdə olarkən atəş açmağa imkan verir. 48 ton çəkisi olan maşın saatda 90 km sürətlə irəliləyir. Güc qurğusu – 2000 saatdan artıq mühərrik resursuna malik 1500 güclük dizel mühərriki. Perspektivdə "Armata" məsafədən idarə olunacaq, yəni, tank kimsəsiz olacaq (heyət üçün ən yaxşı müdafiə onun tankda olmamasıdır). Yeni, daha möhkəm, yüngül, 900 mm-lik zirehi Moskvanın Elmi-Tədqiqat Polad İnstitutu hazırlayıb (tankın çəkisinin 55 tonadək endirilməsi manevr qabiliyyətini artırır). "Armata"nın tırtıllı platforması universaldır və yeni ağır PDM-lər, kəşfiyyat, idarəetmə maşınları, mühədis texnikasının yaradılması üçün əsas rolunu oynayacaq.
"Armata" tankı "eşelonlaşdırılmış müdafiə"yə malikdir. Ənənəvi passiv "Malaxit" müdafiəsinə avtomatik rejimdə, heyətin bilavasitə iştirakı olmadan yaxınlaşan tank əleyhinə mərmiləri, bombaları və raketləri məhv edən aktiv "Afqanit" müdafiə kompleksi əlavə olunub. "Afqanit"in radiooptik radarı (dörd fazalı anten barmaqlıqlar) "tankın intellektini" təhlükələr barədə xəbərdar edir, sonra düşmənin raketlərini radioelektron təsir sistemi sıradan çıxarır. "Afqanit" hədəfləri fiziki cəhətdən də məhv edə bilər, ehtiyatda isə tendem tipli raketləri məhv edə biləcək modul "Relikt" kompleksinə malik dinamik "Malaxit" müdafiəsi qalır. Xüsusi örtükdən istifadə olunmaqla yaranan tankın qeyri-adi silueti istilik və radiolokasiya spektrlərində obyektin görünməsini xeyli azaldır.
Yenidən silahlanma və ixrac
Rusiya ordusunun ümumi tələbatı 2300 "Armata" tankı olaraq müəyyən edilib. RF Müdafiə Nazirliyi ildə təxminən 200 tank almaq niyyətindədir. İlkin mərhələdə, 2016-cı ilin sentyabrında "Uralvaqonzavod"la müqavilədə təcrübə partiyası – təxminən 100 maşın qeyd olunurdu. "Armiya-2019" forumunda Rusiya Müdafiə Nazirliyi "Armata" platformasında yaradılmış 132 T-14 (tank) və T-15 (ağır PDM) alınması barədə müqavilə (yerinə yetirilmə müddəti 2021-ci ilin sonunadək) imzalayıb.
"Armata" platformasındakı tankın dövlət sınağı 2020-ci ildə başa çatmalıdır. Yeni maşının ordu həyatı yenicə başlayır və artıq Arktika, Suriya və planetin bir çox digər sərt yerlərində (temperatur diapazonu Selsi ilə -50-dən +50-dək) uğurlu sınaqlar keçirilib. Bu yeni, inqilabi silah sisteminin yüksək effektivliyi sübut olunub. Potensial əcnəbi alıcıların marağı təbii olaraq artmaqdadır.
Qeyd edək ki, "Armata" bahalı tankdır – birinin 7 milyon dollaradək qiyməti var. Bu yüksək texnologiyalı konstruksiya, çoxmərhələli sınaqlar və modernləşmə ilə bağlıdır (yəqin ki, istehsal həcmi artdıqca qiymət düşəcək). Lakin müasir dünyada mükəmməl silah bir çox dövlətlər üçün suverenitetin əvəzolunmaz aləti rolunu oynayır və Moskva artıq T-14-ün alınmasına dair ilkin sifarişləri alıb (danışıqlar Misir, Hindistan, Çin və başqa ölkələrlə aparılıb). Xaricə tadarük "Armata" Rusiya ordusunda peyda olduqdan və maşının ixrac şəklinin pasportu alındıqdan (bu asabn iş deyil) sonra başlayacaq.
İstənilən halda, T-14 tankı planetin bir çox qaynar nöqtəsində rus silahının şanını artıra bilər. "Armata"dakı qabaqcıl texnoloji həllər aktuallıqlarını bütün XXI əsr boyu saxlayacaqlar. Təsadüfi deyil ki, əcnəbi ekspertlər reytinqdə bu tankı Rusiyanın mümkün rəqibi üçün quru silahlarının arasında ən qorxuluların sırasında birinci yerə çıxarıblar. Almaniya və Fransanın hərbi nazirlikləri isə "Armata"y layiq rəqib hazırlamağa cəhd edirlər.