Professor koronavirusla mübarizə haqqında: vəziyyəti qənaətbəxş hesab etmək olar

Professor, həkim Adil Qeybulla deyir ki, insanların uzun müddət izolyasiya şəraitində yaşaması mümkün deyil
Sputnik

“Atılan bütün addımlar nəticəsinə görə qiymətləndirilməlidir”. Bunu Sputnik Azərbaycan-a ölkəmizdə koronavirus pandemiyası ilə mübarizəni şərh edərkən professor, həkim Adil Qeybulla deyib.

Professor bildirib ki, xəstəliyə tutulanların, sağalanların və ölüm statistikasını digər ölkələrlə müqayisə etdikdə, ölkədəki vəziyyəti qənaətbəxş hesab etmək olar:

“O baxımdan, müəyyən dövrdən sonra karantin tədbirlərinin yumşaldılması proqnozlaşdırılır. Tədris müəssisələri və ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilə bilər. Azərbaycan iqtisadiyyatı kövrəkdir və biz belə halda uzun müddət izolyasiya şəraitində yaşaya bilmərik. Amma bununla yanaşı, həmin dövrdə sanitar-epidemioloji vəziyyət dəyərləndirilməli və uyğun qərar verilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasında xüsusi karantin rejimi 4 may 2020-ci il tarixinə qədər uzadılıb.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz