CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ət və ət məhsulları alarkən nəyə diqqət yetirmək lazımdır?

"Soyuq zəncir" prinsipi – soyuq şəraitdə yüksək temperatura həssas preparatların saxlanması, nəqli və istifadəsi zamanı istiliyin təsirindən qorunmasıdır.
Sputnik

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu dəfəki maarifləndirici mövzu isə "Baytarlıq preparatlarının istifadəsində təhlükəsizlik tədbirləri" haqqındadır.

Qida məhsullarının xarici ticarət dövriyyəsində məhdudiyyət tətbiq olunmayıb

İnsanın həyat fəaliyyəti, sağlamlığı və uzunömürlülüyü onun yararlı və sağlam qidalanmasından asılıdır. Ət və ət məhsulları insanın qidasında xüsusi yer tutur. Ət istehlakı nəticəsində insan orqanizminə vacib olan zülallar, mineral maddələr, vitaminlər daxil olur. Ətin qidalılıq dəyəri və dad keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, yemlənməsindən, saxlanma şəraiti, sağlamlığı və digər amillərdən asılıdır. Heyvandarlıqda bioloji, kimyəvi və digər baytarlıq preparatları istehsalın və məhsuldarlığın artırılması, heyvan xəstəliklərinin profilaktika və müalicəsi, eləcə də cins tərkibini yaxşılaşdırmaq məqsədilə işlədilir.

Qeyd edək ki, baytarlıq preparatı və vasitələrinə heyvan xəstəliklərinin müalicəsi, profilaktikası və diaqnostikası məqsədilə işlədilən farmakoloji və bioloji preparatlar, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri, həmçinin yem və yem əlavələri aiddir. Baytarlıq preparatları fiziki, kimyəvi və bioloji xüsusiyyətlərindən asılı olaraq fərqli saxlanma şəraitinə malikdir. Belə ki, fotolabil preparatlar işıqdan, termolabil preparatlar yüksək temperaturdan qorunmalıdır. Hiqroskopik preparatlar rütubətdən təcrid olunan yerdə, uçuculuq xüsusiyyəti olan preparatlar isə sərin məkanda hermetik saxlanmalıdır.

Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılıdır. Saxlanma şəraitinə görə bioloji preparatlara ( vaksinlər, zərdablar və s.) həssas yanaşılmalıdır. Vaksinlər +2 ÷ +8o S temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanmalıdır. Hətta qısa müddətli yüksək temperatur vaksinin təsirini azalda bilər.

"Soyuq zəncir" prinsipi – soyuq şəraitdə yüksək temperatura həssas preparatların saxlanması, nəqli və istifadəsi zamanı istiliyin təsirindən qorunmasıdır. Peyvəndin istehsalı, göndərilməsi, paylanması, saxlanılması, tətbiqi zamanı isə qapalı "soyuq zəncir" prinsipinə əməl olunmalıdır.

İqtisadiyyat Nazirliyi qida ilə bağlı məlumat yaydı

Qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin və bioloji fəal maddələrin heyvandarlıqda tətbiq edilməsi qadağandır. Preparatın etiketində olan məlumatlar diqqətlə nəzərdən keçirilməlidir. Qablaşmanın üzərində istehsalçı müəssisənin adı, ünvanı, istehsal tarixi, seriya nömrəsi və preparatın son istifadə tarixi, saxlanma şəraiti, həmçinin istifadə qaydası (damardaxili, əzələdaxili, oral və xaricə və s.) ilə bağlı məlumatlar aydın əks olunmalıdır.

Preparatlar baytar mütəxəssisin təyinatına və təlimata uyğun istifadə edilməlidir. İstifadə zamanı insan və heyvan sağlamlığı, həmçinin ətraf mühitlə bağlı beynəlxalq tələblər nəzərə alınmalıdır. Mütəxəssislərin fikrincə, heyvandarlıqda antibiotiklərin istifadəsini məhdudlaşdırmaq lazımdır. Onlardan "boy stimulyatoru" kimi istifadə edilməməlidir. Həmçinin hormonların və digər anabolik təsirə malik preparatların məhsuldar heyvanlarda istifadəsinə yol verilməməlidir. Kortəbii istifadə heyvanlarda antibiotiklərə qarşı rezistentlik yarada bilər. Bu baxımdan antibakterial preparatlar yalnız baytar mütəxəssisin təyinatı əsasında istifadə olunmalıdır. Səhiyyədə istifadə olunan antibiotiklərin baytarlıqda tətbiqi yolverilməzdir.