İQTİSADİYYAT

Deyəsən oduna keçiblər – Dünyada neft də ucuzlaşıb, qaz da

OPEC+ razılaşmasına baxmayaraq, Brent neftinin də, WTI markalı neftin də, Azərbaycan neftinin də qiyməti düşür
Sputnik

BAKI, 20 aprel — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 1,6% azalaraq barelə görə 27,63 dollar təşkil edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 5,55% azalaraq 23,64 dollar təşkil edib.

NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də azalıb. Mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,23% azalaraq 1,756 ABŞ dolları təşkil edib.