Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.
Yazıçı Cavid ZeynallıSputnik Azərbaycan-a deyir ki, belə bir dövrdə hekayə müsabiqəsinin elan olunması təşəbbüsünü müsbət qiymətləndirir: “Ədəbiyyat zamanın nəbzi ilə bərabər döyünməlidir. Yazıçı dostlarımızın və həmkarlarımızın bu müsabiqədə fəal olacağını düşünürəm. Müsabiqənin mükafat fondu təsis edilib və bu, indiki dövr üçün kifayət qədər normal məbləğdir. Ümumiyyətlə, tək ədəbiyyat deyil, mədəniyyətin digər sahələrində də müsabiqələrin təşkilini dəstəkləmək lazımdır. Çünki sənətin hər zaman dəstəyə ehtiyacı var”.
Cavid Zeynallının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz