CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkirdə iyirmi beş yaşlı qadın sms-ə qurban getdi

Qətldən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb, bundan sonra qadın küsüb atası evinə gedib
Sputnik

BAKI, 19 aprel — Sputnik. Şəmkirdə qətl hadisə baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan 25 yaşlı Məmmədova Nailə Allahyar qızı əri Məmmədov Mübariz Bayram oğlu tərəfindən boğazı kəsilərək qətlə yetirilib. Bildirildiyinə görə, hadisə qısqanclıq zəminində baş verib. Cinayəti törədən şəxs saxlanıb.

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Qətldən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.

M.Məmmədovun dayısının sözlərinə görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb. Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib. Faktla bağlı araşdırma aparılır.