CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənub küləyi Bakıya hərarət gətirəcək

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam  bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir
Sputnik

BAKI, 19 aprel — Sputnik. Aprelin 20-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz  18-23° isti, Bakıda  gecə 10-12° isti, gündüz  19-21° isti olacaq. Atmosfer  təzyiqi 760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam  bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 8-13° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  12-17° isti  olacaq.