İQTİSADİYYAT

Ekspert hökumətin bank sektoruna dəstək addımlarını şərh edir

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hökumətin görəcəyi əsas işlərdən biri sektorda likvidliyin dəstəklənməsi olmalıdır
Sputnik

Azərbaycan dövləti tərəfindən banklara, xüsusilə də ölkənin ən böyük banklarına dəstək verilməsi ehtimalı yüksək olaraq qalır. Bu barədə “Moody`s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektorunun qiymətləndirilməsinə dair hesabatında deyilir.

İqtisadçı ekspert Rəşad HəsənovSputnik Azərbaycan-a deyir ki, koronavirus pandemiyası dövründə bank sektoru üçün böyük risklər yaranıb:

“Vətəndaşların kredit qaytarmaq imkanları zəifləyib. Bənzər situasiya 2015-ci ildə də baş vermişdi. Güman olunur ki, 2015-ci ildən çıxarılan nəticələrə əsasən, dövlət tərəfindən daha optimal həll yolları ortaya qoyulacaq. İndiki şəraitdə hökumətin görəcəyi əsas işlərdən biri sektorda likvidliyin dəstəklənməsi olmalıdır. Cari şəraitdə hökumətin requlyativ tədbirlər təqdim etmək imkanları var. Bank sektorundakı çətin vəziyyəti minimallaşdırmaq  üçün mövqe ortaya qoyulmalıdır”.

Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz