RUSİYA

Həkimlər virusa görə xəstəxanadan qaçdı

Son məlumata görə, Rusiyada 37 minə yaxın insan koronavirusa yoluxub. Son sutka ərzində 4 mindən çox adamda virus aşkarlanıb.
Sputnik

BAKI, 18 aprel — Sputnik. Rusiyanın Ufa şəhərində karantinə bağlanan xəstəxanadan yeddi həkim və tibbi heyət qaçıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Başqırdıstan Respublikasının prokurorluğunun məlumatına görə, həkimlər analizlərin nəticəsini gözləyə bilməyib.

Daha əvvəl isə məlumat verilmişdi ki, koronavirusa yoluxmuş Xabarovsk sakini şəhər xəstəxanasından qaçmışdı. Onu tutub, xəstəxanaya geri qaytarmışdılar. Sanitar-epidemiloji qaydaları pozduğuna görə, onun haqqında cinayət işi açılır.

Son məlumata görə, Rusiyada 37 minə yaxın insan koronavirusa yoluxub. Son sutka ərzində 4 mindən çox adamda virus aşkarlanıb.