CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantinə tərs baxanlar: Qubada 146 nəfər cərimə edildi

146 vətəndaş barəsində RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar.
Sputnik

BAKI, 18 aprel — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

Karantin dövründə də əməllərindən qalmırlar – Bu dəfə özləri tələyə düşdülər

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, şöbə əməkdaşları gün ərzində rayon ərazisində, eləcə də rayonlararası müvəqqəti quraşdırılmış stasionar postlarda gücləndirilmiş iş rejimində çalışır, təyin olunmuş qaydalara əməl olunmasına nəzarət edirlər.

Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, həmçinin nəqliyyat vasitələrini səbəbsiz yerə idarə edən vətəndaşlar da aşkarlanıb. Belə ki, aprel ayının 18-dək xüsusi karantin rejiminin tələblərini pozan 146 vətəndaş barəsində RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar.