Millət vəkili dövlətin pandemiya ilə bağlı sosial siyasətini şərh edir

Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, əhalinin həssas qrupunun problemlərinin həlli üçün sosial yardım proqramı işə salınıb
Sputnik

“İlin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, mövcud pandemiya bütün dünya, o cümlədən Azərbaycan üçün bir sıra problemlər yaradıb: “Azərbaycan hökuməti problemlərin həlli üçün bir sıra addımlar atır. Əhalinin həssas qrupunun problemlərinin həlli üçün sosial yardım proqramı işə salınıb. Əgər növbəti ayda da karantin rejimi davam edərsə, əhali yardımları almağa davam edəcək. Vətəndaşlarımız dövlət tərəfindən sosial müdafiə olunduğunun fərqindədir”.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz