SƏHİYYƏ

Xoş xəbər var: Almanlar da koronovirusu sağaldan dərmanı təsdiq etdilər

Bu günə qədər dərman ancaq könüllülərə verilib. Amma tezliklə “Remdevisir”in kütləvi istehsalına başlanılacağı və bütün xəstələrə veriləcəyi gözlənilir.
Sputnik

BAKI, 18 aprel — Sputnik. Almaniya koronavirus xəstələri üçün ümidverici olan dərmanın adını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, “Remdevisir” adlanan dərman hesabına koronaviruslu xəstələr 4-7 gündə tamamilə yaxşılaşıblar.

Çindən şok açıqlama: Koronavirus qurbanlarının sayı çox imiş

Belə ki, Münhendə sınaqdan keçən bu dərmanla bir həftə ərzində 42 nəfərin səhhəti yaxşılaşıb. Dərmanı ilk dəfə olaraq qəbul edən şəxslər temperaturlarının dərhal düşdüyünü, təxminən 4 günə isə virusun əsas əlamətlərinin, eləcə də quru öskürəyin də yoxa çıxdığını deyiblər.

Qeyd edək ki, bu günə qədər dərman ancaq könüllülərə verilib. Amma tezliklə “Remdevisir”in kütləvi istehsalına başlanılacağı və bütün xəstələrə veriləcəyi gözlənilir.

Qeyd edək ki, öncə Ebola virusuna görə istehsal olunan və koronavirusdan müalicədə də istifadə olunan bu dərman sayəsində digər ölkələrdə də müsbət nəticələr əldə olunub.