CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin rejimi sərtləşdirilə bilər

Nazirlər Kabientin yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür
Sputnik

BAKI, 18 aprel — Sputnik. "Ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir".

Azərbaycanda karantin rejiminin vaxtı uzadıldı

Spurnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabientin yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

"COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir", - deyə məlumatda vurğulanıb.