Gürcüstan və Ermənistanda da rəqəmlər artır

Hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 1248, sağalanların 121, ölənlərin sayı isə 20-dir
Sputnik

BAKI, 18 aprel — Sputnik. Bir sutka ərzində Ermənistanda koronavirusa 47 yeni yoluxma hadisəsi baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ölkənin Baş Naziri Nikol Paşinyan Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, daha bir nəfər bu virusdan dünyasını dəyişib.

Qeyd edək ki, son rəqəmlərə görə, hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 1248, sağalanların 121, ölənlərin sayı isə 20-dir.

Qonşu Gürcüstanda da ötən gün yeni yoluxma halları baş verib. Belə ki, bir sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb. beləliklə də, Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların sayı 385 olub. Xəstələr arasında sağalanların sayı isə 84 olub. Ölənlərin sayı isə 3 olub.