FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bomboş qalan cənnət məkan – Orada sükutdan qulaq tutulur

Sputnik

Azərbaycanda “COVID-19” virusunun yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atılıb. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılıb.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində qəbul edilmiş xüsusi karantin rejiminə görə Azərbaycanın dilbər guşəsi sayılan Qax rayonu və onun qədim İlisu kəndində həyat sanki dayanıb. Sözügedən kənd rayonun, eləcə də Azərbaycanın ən çox turist qəbul etdiyi bölgələrdən biridi.

Bir vaxtlar turistlərin bol olduğu məkanda indi ancaq yerli sakinlərə rast gəlmək olar. Onlar da heyvanlarını otlaqdan gətirib tez evlərinə gedirlər. Boş qalan küçələr, qulaq batıran səssizlik insanı kədərləndirir.

Qulaq batıran sükut Şəkidə də hökm sürür. Qədim şəhərimizin sükutunu indi ancaq rayon ərazisində dezinfeksiya işləri aparan maşınlar pozur.

Sputnik Azərbaycan rayonun mərkəzi küçələrinə, eləcə də İlisu kəndinə baş çəkib və rejimə necə riayət edildiyini müşahidə edib.

1 / 13
Qax rayonunun qədim İlisu kəndində boş qalmış turizm məkanı
2 / 13
Qax rayonunun qədim İlisu kəndində boş qalmış turizm məkanı
3 / 13
Qax rayonunda karantin döövründə boş qalmış yollar
4 / 13
Qax rayonunun qədim İlisu kəndində boş qalmış turizm məkanı
5 / 13
Qax rayonunun qədim İlisu kəndində boş qalmış turizm məkanı
6 / 13
Qax rayonunun qədim İlisu kəndində boş qalmış turizm məkanı
7 / 13
Qax rayonunun qədim İlisu kəndində boş qalmış turizm məkanı
8 / 13
Qax rayonunda karantin dövründə boş qalmış yollar
9 / 13
İlisu kəndində istirahət mərkəzində park
10 / 13
İlisu kəndində turizm kompleksində boş qalmış restoran
11 / 13
Qax rayonunda qapıları bağlanmış turizm obyekti
12 / 13
Polis əməkdaşı Şəki şəhərində vətəndaşın çölə çıxmaq üçün icazəsini yoxlayır
13 / 13
Şəkinin karantin dövründə boş qalmış küçələri