BAKI, 18 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 1,04 dollar artaraq 22,15 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,26 dollar artaraq 28,08 dollar, "Light" markalı neftin qiyməti isə 1,60 dollar ucuzlaşaraq 18,27 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.