BAKI, 18 aprel — Sputnik. Almaniyada da koronavirusa yoluxma halına görə sıçrayış qeydə alınıb. Sputnik Azərbaycan-ın "TheGuardian"a istinadən xəbərinə görə, koronavirusa yoluxma halları artıq 141 minə qalxıb.
Belə ki, ölkədə ilk yoluxma halı 4 mart tarixində qeydə alınıb. Bundan başqa, ölkədə virusdan ölənlərin də sayında artım var. İlk günlərdə koronavirusla mübarizədə örnək olaraq göstərilən Almaniyada ölüm halı artıq 4 min 352-yə qalxıb.
Lakin pozitiv göstəricilər də var. Belə ki, sağalanların sayı hazırda 85 min 400-dür.