Qocalar evlərində yeddi min insan koronovirusdan ölüb

Nyu-York qubernatorunun keçmiş müavini Betsy McCaughey deyib ki, bu qocalar evləri kütləvi məzarlara bənzəyir. Qocalar evlərində insanlar həddindən artıq çoxdur və xidmət edənlər çatışmır.
Sputnik

BAKI, 18 aprel — Sputnik. ABŞ-da qocalar evlərində yaşayan ən az 6 min 900 nəfər yeni koronavirus (COVID-19) səbəbindən həyatını itirib.

Dəhşətli rəqəm: Koronavirus qurbanlarının sayı 150 min nəfəri ötüb

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu göstərici ABŞ-dakı koronovirus ölümlərinin təxminən beşdə birini təşkil edir.

Nyu-York qubernatorunun keçmiş müavini Betsy McCaughey deyib ki, bu qocalar evləri kütləvi məzarlara bənzəyir. Qocalar evlərində insanlar həddindən artıq çoxdur və xidmət edənlər çatışmır.

Digər tərəfdən, qocalar evinin işçiləri pandemiya zamanı kifayət qədər fərdi mühafizə vasitələrinin olmadığını və buna görə həm özləri, həm də qocalar evlərində yaşayan yaşlıların həyatlarının təhlükə altında olduqlarını bildiriblər.

Məlumata görə, ABŞ-da 15 min 600 qocalar evində 1,3 milyon insan qalır.

Qeyd edək ki, ABŞ-da ilk koronavirus xəstəliyi Vaşinqtondakı bir qocalar evində ortaya çıxmış, orada onlarla insan ölmüşdü.