FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Oyunçu aparsın - Karantin zamanı populyarlaşan oyunlar

Sputnik

Dünyanı cənginə alan koronavirus pandemiyası ucbatından əksər ölkələrdə karantin rejimi elan olunub. 

Bir çox müəssisə və idarələr bu səbəbdən işlərin məsafədən görülməsinə üstünlük verirlər. Ümumilikdə, karantin rejimi bir növ ev rejimi deməkdir. Yəni, əhalinin əksəriyyəti yoluxmamaq və yoluxdurmamaq üçün evində otrumağa, çölə çıxmamağa məcburdur. 

Təbii ki, vaxtlarını evdə keçirməyə məcbur olan insanlar nə iləsə də başlarını qatmalıdırlar. Bu yerdə onların köməyinə stolüstü, ev şəraitində, az adamla oynanıla bilən oyunlar gəlir. Məsələn, Azərbaycanda bu nərd, domino, loto və digər bu tipli oyunlardır. 

Sputnik Azərbaycan dünyanın müxtəlif yerlərində insanların başlarını hansı oyunlarla qatdıqlarına dair fotolent hazırlayıb.

1 / 11
Maraqlıdır, hindistanlılar hər 3 dəqiqədən bir rəqs etmək "xəstəliyinin" öhdəsindən karantində necə gəlirlər?
2 / 11
Necə deyərlər, oyunçu aparsın
3 / 11
Deyən gərək, bax nə zülmdür axı?
4 / 11
Lotoda əsas odur ki, axırda cibi boş qalmayasan
5 / 11
Əgər bu oynamaq üçün dostlarını dəvət etmisəndə, onda demək karantinə də "ciddi" əməl edirsən
6 / 11
Əslində fürsətdən istifadə edib karantin çempionatı keçirilsə pis olmaz
7 / 11
Xəstəxanada heç adi günlərdə də vaxt keçmir, o ki ola karantin dövründə
8 / 11
Domino da yaxşı baş qatır, amma axırı dava ilə qurtarmasa
9 / 11
"Krestiki-noliki" oyununu hamımız məktəbdən xatırlayırıq
10 / 11
"Monopoly" da çox maraqlı və baş qatan oyundur
11 / 11
Bu ailə isə pazl yığmaqla məşğuldur