İQTİSADİYYAT

Hasilatın azalması neftin qiymətinə necə təsir edəcək – professor danışır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, hasilatın azaldılması daha böyük rəqmlərlə ifadə olunacaq
Sputnik

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. İclasda “OPEC+” ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, “OPEC+” ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarı neft bazarında əsaslı dəyişikliklərə səbəb ola bilməz:

“Bu gün birjalarda neftə olan tələb təklifdən xeyli azdır. Düşünürəm ki, hasilatın azaldılması daha böyük rəqəmlərlə ifadə olunacaq. Amma hasilatın azalması 15 milyon bareli keçməyəcək. Hasilatın azalması qiymətlərin artmasına şərait yaratmayacaq. Yaxın müddətli perspektivdə qiymətlər indiki formada qalacaq”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz