CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis də karantinə uyğun işləyəcək

Xüsusi karantin rejimi dövründə Milli Məclisin plenar iclaslarında çıxışların 5 dəqiqə olması, iclasların 2 saat müddətində keçirilməsi təklif edilib
Sputnik

BAKI, 17 aprel — Sputnik. Parlamentin plenar iclaslarının xüsusi karantin rejimi dövründə 2 saata yekunlaşdırılması təklif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Komitə sədri bildirib ki, xüsusi karantin rejimi dövründə Milli Məclisin plenar iclaslarında çıxışlar 5 dəqiqə olmaqla, iclaslar 2 saat müddətində keçirilsin: "İclas 2 saatdan çox olarsa, fasilə elan edilsin”.

Təklif səsə qoyularaq qəbul edilib.