HADİSƏ

İcazəsiz velosiped yürüşü polis şöbəsində bitdi

Polis əməkdaşları tərəfindən həmin 17 nəfər saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub
Sputnik

BAKI, 17 aprel — Sputnik. Velosipedlə yürüşə çıxıb karantin rejimi qaydalarını pozanlar saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman bir qrup gəncin şəhərdən Ləki kəndi istiqamətində velosipedlə yürüşə çıxdıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin 17 nəfər saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub. Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb.