MƏDƏNİYYƏT

Məşhur “Sprut” serialının aktrisası vəfat etdi

Patrisiya Millarde “Sprut” serialındakı hakim rolu ilə məşhurlaşıb. Karyerası ərzində otuzdan çox film və serialda çəkilib. Onlar arasında “Elen və dostları”, “Qaynar şokolad” və “Siçovul yarışları” da var.
Sputnik

BAKI, 17 aprel – Sputnik. Fransız aktrisa Patrisiya Millarde 61 yaşında dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə jurnalist David Macio öz saytında bildirib.

Macionun bildirdiyinə görə, aktrisa aprelin 13-də Romada San-Kamillo xəstəxanasında vəfat edib. Onun ölüm səbəbi kimi ürək tutması göstərilir.

Patrisiya Millarde “Sprut” serialındakı hakim rolu ilə məşhurlaşıb. Karyerası ərzində otuzdan çox film və serialda çəkilib. Onlar arasında “Elen və dostları”, “Qaynar şokolad” və “Siçovul yarışları” da var.

“Sprut” serialı ekranlara 1984-cü ildə çıxıb. O, İtaliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mafiyanın qarşıdurmasından bəhs edir. Serial vaxtilə Avropa və SSRİ-də çox populyar idi.