RUSİYA

Moskva və Bakı koronavirusla mübarizədə sıx əməkdaşlıq edir

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Rusiya və Azərbaycan arasında koronavirusla mübarizə, onun sosial-iqtisadi fəsadlarına qarşı mübarizədə sıx əlaqələr qurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu məsələ bir neçə dəfə hər iki ölkənin hökumətlərinin başçıları, cənab Mişustin və Əsədov, xarici işlər nazirləri cənab Lavrov və Məmmədyarov tərəfindən müzakirə edilib. Azərbaycan və Rusiyanın bu sahəyə cavabdeh qurumları da əlaqədədir. Bu ilin martından bəri Rusiya tərəfi Azərbaycana 120 dəst test sistemi təqdim edib. Bu testlər koronavirusu aşkarlamaq üçün 12 min laboratoriya testi həyata keçirməyə imkan verir. Biz bundan sonra da tərəfdaşlarımıza lazım olan köməkliyi göstərməyə hazırıq. Moskva və Bakı, həmçinin hər iki ölkə vətəndaşlarının öz ölkələrinə qayıtması istiqamətində də sıx əməkdaşlıq edir. Biz bu məsələdə göstərdiyi yardıma görə Azərbaycan tərəfinə minnətdarıq", - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,1 milyonu keçib, 146 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.