İQTİSADİYYAT

Ekspert ipoteka kreditlərinin azalmasının səbəblərindən danışır

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, ipoteka kreditləri üçün müraciətlərin həyata keçirilməsində ləngimələr var
Sputnik

2020-ci ilin fevralında Azərbaycan bankları tərəfindən 20,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azdır.

İqtisadçı ekspert Fuad İbrahimovSputnik Azərbaycan-a deyir ki, builki göstəricilərin ötən ilin müvafiq dövrü ilə müqayisədə az olması koronavirus pandemiyasının təsirləridir:

“Hazırda ipoteka kreditləri üçün müraciətlərin azalması müşahidə edilir. Eyni zamanda bu müraciətlərin həyata keçirilməsində ləngimələr var. İpoteka fondundan vəsaitlərin az ayrılması və ya vətəndaşların bu kreditlərə az maraq göstərməsi hazırkı dövrdə reallığı əks etdirən səbəblər deyil. Pandemiya dövründə bu sahədə hər-hansı yumşaldıcı addımların atılması prioritet deyil. Sonrakı dövrdə bununla bağlı müvafiq işlərin görüləcəyinə ümid edirəm”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz